Gecə yağan güclü qar İstanbul Atatürk hava limanının işinə ciddi əngəl törədib. Baki-xeber.com-un Habertürkə istinadən xəbərinə görə, uçuş zolağı və təyyarələrin park edildiyi ərazi qarın altında qaldığından, aeroportun fəaliyyətində fasilə yaranıb. Səhər saatlarında yarım saat ərzində qar kürümə maşınlarının ərazini təmizləməsinin ardından buz bağlamaya qarşı tədbirlərə start verilib. Aeroportun işinin qismən bərpa edildiyi xəbər verilir.