Yeni ilin ilk günündə Bakı şəhəri, Binəqədi rayonunda ikimərtəbəli kommunal tipli binanıın 1-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 34 kv.m olan 2 otaqlı mənzilin mətbəxində divan və soyuducu yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Beyləqan rayonu, Aşağı Çəmənli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlaması yanıb. Yaxınlıqdakı digər ot bağlamaları yanğından mühafizə olunub.
Bakı şəhəri, Xətai rayonunda yeni il şənliyi üçün quraşdırılmış, hündürlüyü 10 m olan süni şam ağacı yanıb.
Hər üç hadisə xəsarətsiz ötüşüb.
Baki-xeber.com