ABŞ prezidenti Barak Obama Nyu-York, Los-Anceles və Vaşinqtonda terakt hazırlandığı barədə xəbərdarlıq alıb. Baki-xeber.com-un utro.ru-ya istinadən xəbərinə görə, bu barədə CNN telekanalı xəbər yayıb.
Xəbərə görə, terror təhlükəsi barədə prezidentə Havay adalarına istirahətə gedərkən bildirilib. Lakin informasiya bir mənbədən verilib və təsdiqini tapmayıb. Bununla belə, sözügedən şəhərlərdə Yeni il şənliklərinin keçirildiyi məkanlarda, xüsusilə də Nyu-Yorkun Tayms-skver rayonunda, Los-Ancelesin Rouz-Boul stadionu ətrafında təhlükəsizlik tədbirləri güçləndirilib.