Türkiyənin cənub-şərqində antiterror əməliyyatlarını etiraz olaraq keçirilən icazəsiz aksiyada 4 nəfər polis məmuru xəsarət alıb. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən xəbər verir.
Məsələ burasındadır ki, kürdlərin yaşadığı bir sıra bölgələrdə komendant saatı elan olunub. Həmin bölgələrdə PKK qüvvələri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında tez-tez toqquşmalar baş verir. Sözügedən əməliyyatlara 10 min hərbçi və polis cəlb olunub. Türkiyə baş qərargahı 210 nəfər terrorçunun məhv edildiyini açıqlayıb.
Diyarbəkirdə keçirilən sözügedən aksiyada 200 nəfərə yaxın insan iştirak edib. Antihökumət şüarları səsləndirən etirazçılar komendant saatının tətbiq olunduğu Sur rayonuna daxil olmağa cəhd göstəriblər. Lakin polis onların yolunu kəsib. Bu zaman kütlənin içindən polisə əldədüzəlmə partlayıcı və səs qumbarası atılıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. Bir neçə aksiya iştirakçısı saxlanıb.