31 Dekabr - Dunya Azərbaycanlilarinin Həmrəylik gunu - Azərbaycan millətinin birlik şüarinin simvolik gunudur. Bu bayram ayri-ayri olkələrdə yaşayan azərbaycanlilarla əlaqələr qurmaq, onlar arasinda birlik və həmrəylik yaratmaq isində muhum rol oynayir. Dunya Azərbaycanlilarinin Həmrəylik gununun qeyd edilməsi butun dunya azərbaycanlilari tərəfindən artiq bir zərurətə və mənəvi ehtiyaca cevrilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edir.
Bayramınız, Bayramımız mübarək!