"Həmas” hərəkatı dini nöqteyi-nəzərdən Qəzzada Yeni ilin keçirilməsini qadağan edib. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "The Express Tribune” qəzeti xəbər verib.
"Daxili işlər nazirliyi otel, restoran və konsert zallarına bayram şənliyi keçirmək üçün icazə verməyib” – deyə yerli polis nümayəndəsi Ayman Əl-Batinji bildirib. O bunu sözügedən bayramın ənənə və dəyərlərə zidd olması ilə izah edib. Əl-Batinji onu da bildirib ki, bayram tədbirləri ölənlərin ailələrinə sayğısızlıq olardı.
Xatırladaq ki, yola saldığımız il ərzində regionda baş verən toqquşmalarda 136 fələstinli, 20 israilli həlak olub.