İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri, Ankara öz ordusunu ölkədən çəkməzsə, Bağdadın hərbi yola əl ata biləcəyini deyib. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən xəbər verir.
"Bunun hərbi yoldan başqa çözümü olmazsa, biz bu yola baş vurarıq. Ölkəmizin suverenliyi və sərvətlərini qorumaq üçün, lazım gələrsə, savaşarıq” - əl-Cəfəri deyib.
Qeyd edək ki, dekabrın 4-də Türkiyə ordusu və zirehli texnikası terrorçularla döyüşən türkmən könüllülərinə təlim keçmək məqsədilə İraqın Neynəva əyalətinə daxil olub. Lakin İraq XİN və Müdafiə nazirliyi türk həbçilərinin burada mövcudluğunu "düşmən hərəkət” və özünün suverenliyinə hədə adlandırıb. Söhbər 150 türk əsgərindən gedir.