Brüsseldə Yeni il atəşfəşanlığı təxirə salınıb. Baki-xeber.com bu barədə vesti.ru saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, şəhər meriyası bu barədə qərarı təhlükəsizlik məqsədilə qəbul edib. "Biz daxili işlər naziri ilə qərara gəldik ki, bayram atəşfəşanlığı təşkil etməyək. Səbəb şəhərin təhlükəsizliyidir” mer İvan Mayora bildirib.
Qeyd edək ki, Paris terrorundan sonra Belçikada üçüncü səviyyə terror təhlükəsi hələ də qalır.