"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycanla bağlı iki mühüm məruzə müzakirə olunacaq".
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, yanvarın 26-da "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonunda vəziyyətin gərginləşməsi” və "İşğal olunmuş ərazilərdə sudan məhrum etmə və cəbhə xəttində bundan əziyyət çəkən insanlar” adlı məruzələr dinləniləcək.
Bunun çox mühüm hadisə olduğunu deyən S. Seyidov qeyd edib ki, bu iki məruzə çox gərgin şəraitdə ərsəyə gəlib: "Ermənistan tərəfi bütün imkanlarından istifadə edərək bu məruzənin gündəliyə salınmaması üçün çalışdı. Amma məruzə gündəliyə salındı və o, müzakirəyə çıxarılacaq. Biz gözləyirik ki, ermənilər bütün mərhələlərdə buna mane olmağa çalışacaqlar. Təxribatlar gözləyirik, amma qorxmuruq”.