Cümə axşamı günü, 05 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Həmrəylik bir sevgidir...
Tarix: 30.12.2015 / 01:43
Bölmə: Gündəm
Dünya sonsuzdur. Onun tarixi də, yaşı da bitməz və tükənməzdir. İnsanlığın da yaşı az deyil. Amma bu sonsuz dünyanın şüurlu məxluqu olan İnsanın özünün həyatı "bir pəncərədən baxıb keçmək" qədər qısadır. O qədər qısa ki, biz onu illərə, aylara, günlərə, hətta saatlara və dəqiqələrə də bölməyi öyrənmişik. Zamanı niyə bölürük görəsən? Yəqin ki, İnsan ona nəsib olan həyat parçasını bacardıqca düzgün və səmərəli dəyərləndirməyə çalışır.
Ona görə də onu qısa fraqmentlərə bölərək təftiş edir, keçdiyi həyat yoluna və əldə etdiyi həyat təcrübəsinə söykənərək növbəti mərhələnin planınını cızır, məqsədlərini müəyyənləşdirir. Beləcə İnsanlıq öz mövcudluğunu ibtidaidən aliyə və sadədən mürəkkəbə doğru təkamül etdirməklə həyatın özünü də durmadan dəyişməkdə və inkişaf etdirməkdədir.
Biz də dəyişirik, biz də inkişaf edirik. Biz də özümüzün, cəmiyyətimizin və dövlətimizin həyatını zaman və məkan ölçülərində hissələrə bölür, itirdiklərimizlə qazandıqlarımızı dəyərləndirməyə çalışırıq. Adətən, biz bunu bəlli zamanlarda və daha çox hər dəfə başa vurmaqda olduğumuz illərin sonunda edirik. Bu gün də illərin qovşağındayıq. Bir neçə gündən sonra 2016-cı ilə qədəm qoysaq da, hələ bir müddət il boyu vərdiş etdiyimiz kimi 2015 yazmaqda davam edəcəyik və nəhayət, yeni bir ildə yaşadığımız şüurumuza da, vərdişlərimizə də hakim kəsiləcək. Hamımımız birlikdə daha bir il yaşlaşacaq və məntiqə görə daha bir qədər müdrikləşəcəyik.
Bu il bizlərlə bərabər Müstəqil Azərbaycanımız da bir yaş böyüdü. Dövlətimiz bir qədər də möhkəmləndi. Bu il ərzində qazanılan uğurlar millətin fəxarətini də bir daha artırdı. Bu ilin iyun ayında dünya idman tarixində ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi cəsarətli bir addım kimi tariximizə yazıldı. Avropa Oyunları kimi möhtəşəm bir beynəlxalq idman tədbirinin ilk məşəlinin vətənimizdə alovlandırılması Azərbaycana unudulmaz qürur hissi yaşatdı. 12-28 iyunda keçirilmiş ilk Avropa Oyunlarına 50 Avropa ölkəsindən 6 000-ə yaxın idmançı qatıldı. Bakıda keçirilən ilk qitə yarışlarında özündə 30 idman fənnini birləşdirən 20 idman növü üzrə yarışlar keçirildi və qazanılan medalların sayına görə idmançılarımız Avropada 2-ci oldular. Beləcə, ilk Avropa Oyunları xalqımız və dövlətimiz üçün 2015-cü ilin iftixar mənbəyinə çevrildi.
Bu il ölkəmizin ictimai-siyasi və həm də sosial-mənəvi həyatında baş verən əhəmiyyətli hadisələrdən biri də cəmiyyətimizin siyasi yetkinlik və vətəndaşlıq məsuliyyətinin ən dəqiq indikatoru sayıla bilən Parlament seçkiləri oldu. Oktyabr ayından müxtəlif məzmunlu seçki şüarlarının təqdim olunması ilə başlayan, seçicilərə ünvanlanan siyasi çağırışlarla və get-gedə güclənən siyasi ehtiraslarla müşayiət olunan proseslər, nəhayət, noyabrın 1-də özünün məntiqi sonuna çatdı. Bütün seçki öncəsi prosesləri səbrlə, təmkinlə izləyən, öz dövlətini və millətini sevən, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışan Azərbaycan seçiciləri öz qərarını, Ana Yasamızda nəzərdə tutulduğu kimi, öz səsləri ilə ifadə və təsdiq etdilər. Bu seçkilər Azərbaycan vətəndaşlarının ölkənin və xalqın gələcəyini düşünmək baxımından siyasi yetkinliyə, yüksək məsuliyyət hissinə malik olduğunu göstərən növbəti bir sınaq oldu. Azərbaycan vətəndaşı özünün əsrlər boyu dəyişməz məziyyəti olan haqq və ədalət hisslərinə sadiq qalaraq öz elçilərini ölkə parlamentinə üzv seçdi. Beləcə, 2015-ci il daha bir seçim ili kimi yaddaşlara yazıldı və ölkəmiz daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm qoydu.
Əvvəlki illərdə əsası qoyulmuş qlobal iqtisadi layihələrin həyata keçirilməsi 2015-ci ildə də uğurla davam etdirildi. Ümumi dəyəri 45 milyard ABŞ dolları həcmində qiymətləndirilən və dünyanın indiyə qədər gerçəkləşdirilmiş enerji layihələri arasında kapital tutumuna görə ən irihəcmli layihə olan "Cənub Qaz Dəhlizi" Azərbaycan qazının qardaş Türkiyədən keçməklə birbaşa Avropaya çatdırılmasını nəzərdə tutur. Layihə bu günə qədər beynəlxalq qurumlar tərəfindən təsdiq edilmiş 3 trilyon kubmetrdən çox qaz ehtiyatlarımızın ən azı 100 il ərzində Avropaya ixrac edilməsi üçün unikal şərait yaradacaq və Azərbaycanı dünyada həm neft, həm də qlobal qaz ixracatçısı kimi tanıtdıracaq. Mərkəzi Asiyanın qardaş türk respublikalarının da gələcəkdə bu layihəyə qoşulması ehtimalı bu layihənin iqtisadi faydalılıq əmsalını dəfələrlə artıra bilər. İqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də əvəzsiz olan bu layihə Xəzər bölgəsi ilə Avropa ölkələri arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq və Azərbaycanın qlobal məkanda rolunu və nüfuzunu daha da artıracaqdır. Əgər 1994-cü ildə Azərbaycanda imzalanmış "Əsrin müqaviləsi" XX əsrin ən önəmli layihəsi hesab edilirdisə, bu gün tikintisi uğurla aparılan "Cənub Qaz Dəhlizi" layihəsi həm ölkəmiz üçün, həm də bütövlükdə regionumuz üçün XXI əsrin ən nəhəng layihəsi hesab olunur. Bu layihənin Avropa ölkələri üçün müstəsna əhəmiyyət kəsb etməsi Azərbaycanı bu il ərzində də qlobal siyasi-iqtisadi məkanın diqqət mərkəzində saxlamış oldu. Bütün bunlarla yanaşı, il ərzində iqtisadiyyatımızın davamlı inkişafı, qeyri-neft sektorunun inkişafında əldə edilən nailiyyətlər, təhsil, səhiyyə və sosial müdafiə sistemimizdə baş verən irəliləyişlər və nəhayət, hər bir Azərbaycanlının daha təhlükəsiz və daha təminatlı əminamanlıq şəraitində yaşaması bu ilin ümumi mənzərəsinin digər nikbin çalarlarıdır.
İlin ən nikbin sonluğu isə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə başa çatır. Vətənin Həmrəylik çağırışına dünyanın hər tərəfindən gələn əks-sədalar xalqımızın doğma Vətənə sədaqətinin ən parlaq təcəssümüdür. İlin son günü - 31 dekabr - bu böyük dünyanın harasında qərar tutmasından asılı olmayaraq, hər bir Azərbaycanlının öz nəzərlərini Vətənə yönəltdiyi Milli Həmrəylik günüdür. Həmrəylik insanların əsrlər boyu arzuladığı, xəyallarında yaşatdığı və daim ona doğru can atdığı elə bir ictimai şüur səviyyəsidir ki, ona nail olan xalqlar xoşbəxt və firavan yaşamaq arzularına qovuşa bilirlər. Sovetlər dövründə bayram etməyə alışdığımız "dünya zəhmətkeşlərinin həmrəyliyi" son nəticədə o insanların heç də həmrəy olmadığını və əslində belə bir həmrəylik üçün heç bir real əsasın da olmadığını göstərmişdi. Milli idealın və bu ideal uğrunda çarpışan ideyalogiyamızın mövcud olmadığı bir zamanda biz nədə həmrəy ola bilərdik?!. İndi dərk edirik ki, ortada heç bir real rəy olmadığından, əslində hamımız bir şeydə - məhz rəysizlikdə həmrəy idik. Bu isə həmrəylikdən daha çox həmrəngliyə bənzəyirdi.
İndi isə Dünya Azərbaycanlılarının həmrəyliyini bayram edirik və bu həmrəyliyimizin əsasında bir çağırışla Vətənimizi parça-parça hissələrdən toparlayıb vahid bir gücə çevirməyə və Yer kürəsinin hər bir guşəsində qərar tutmuş soydaşlarımızı da Azərbaycan amalı ətrafında səfərbər etməyə nail olmuş Heydər Əliyev zəkası durur. Yalnız bu il yox, elə 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüş və bu günə qədər davam edən yüksəliş də məhz Milli Həmrəyliyimizin bəhrəsidir.
Həmrəylik də bir mədəniyyətdir. Həmrəylik dinləmək, başqalarına məxsus olan dünyagörüşünü və baxış bucağını bölüşmək, milli mənafeyimiz naminə ümumxalq yolunu seçmək, Vətən üçün düşünmək, el üçün çalışmaq mədəniyyətidir. Həmrəylik elə bir idealdır ki, o ancaq az məsələlərdə mümkün olur. Amma bu "az"lar xalqın tarixi taleyində çox böyük rol oynayan "az"-lardır və hər bir soydaşımızın qəlbində və şüurunda özünə yer tapan bu "az"-ların cəmindən böyük bir AZƏRBAYCAN sevgisi yaranır. Deməli, Həmrəylik həm də bir sevgidir. Millətə, xalqa, dövlətə, bayrağa və nəhayət, insanın insana və İnsanlığa olan sevgisidir Həmrəylik. Bu sevgi ilə də soydaşlarımız ilin son günündə ən xoş arzularla dolu nəzərlərini Ana Vətənə yönəldir və Azərbaycanımızla fəxr edirlər. Beləcə, həyatımızın daha bir ilini başa vurmaq və Yeni ilə addımlamaq ərəfəsindəyik. Ən xoş arzuların və niyyətlərin bir-birinə qovuşduğu bir zamanda Azərbaycanımıza və dünyanın bütün Azərbaycanlılarına sevgi dolu Həmrəylik, Yeni ildə isə yeni uğurlar, can sağlığı və səadət arzuları ilə.
Cavanşir Feyziyev,
millət vəkili, fəlsəfə doktoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqaviləsi imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir
04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır
04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi
04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?
04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?
04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...
04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..
04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi
04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi
04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu
04.11.2026 / 15:40
Hersoq qərar verəcək -
Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...
04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir"
- Paşinyan
04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır"
- Sahil Babayev
04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya
- ifrat sağçı dalğa artıq dağılır…
04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq
- boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...
04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib
04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi
- amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...
04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...
04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər
– İDDİA…
04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...
04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...
04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı -
Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir
04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub
- FOTO
04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır"
- Nazir
04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar
- FOTO
04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti
- bir nəfər barəsində qətimkan tədbiri seçildi...
04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır
- 946-dan 1200-ə...
04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı...
Sifarişlər dayandırıldı...
04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı -
"Mən olsaydım..."
04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...
04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi
- 1932-ci ildən bəri ilk fakt...
04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı -
Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi
04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi
- qanunsuz ödəniş tələblərinə inanmayın...
04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi
04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi
04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi
- nəticələri qəbul etməyə hazıram...
04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...
04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...
04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu...
Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ
04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb
04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi
03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir”
- dünyanı hədələyən təhlükə...
03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu
- "Patriot" verin, əvəzində istədiyinizi edim...
03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...
03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı
03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb...
"cənab Veto"
03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...
03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...
03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...
03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...
03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək
- TAM SİYAHI
03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi
- SİYAHI
03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi
03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...
03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa
- Mübariz Ağalarlı yazır
03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
XƏBƏR ARXİVİ