"Rosturizm” təhlükəsizlik səbəbilə rusiyalılara Yeni il şənliklərini evdə keçirməyi tövsiyə edir. Baki-xeber.com-un utro.ru-ya istinadən xəbərinə görə, bu barədə şirkət başçısının müşaviri Svetlana Sergeyeva bildirib.
Məsələ burasındadır ki, bir çox Avropa ölkələri hazırda terrorizm təhlükəsilə üz-üzədir. Şənbə günü Avstriya polisi mətbuatda açıqlama yayaraq, "dost kəşfiyyat xidmətlərinin” Yeni il qabağı bir sıra Avropa paytaxtlarında mümkün terror aktları barədə xəbərdarlıq edib.
"Avstriya polisinin xəbərdarlığına gəldikdə isə, biz də öz növbəmizdə artan təhlükə səbəbilə hər kəsə insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, yerli hakimiyyət nümayəndəliklərinin tələblərinə riayət etməyi və bayram şənliklərində daha ehtiyatlı olmağı tövsiyə edirik” – Sergeyeva deyib. "Rosturizm”in hədələr almadığını deyən Sergeyeva, bununla belə bildirib ki, rusiyalılar Yeni ili Rusiyada, hətta öz evində qarşılasa daha yaxşı olar.