"The Telegraph” qəzeti Avropa İttifaqı ilə bağlı maraqlı yazı ilə çıxış edib. Yazıda Aİ-nin ona olan ümidləri doğrultmadığı ifadə olunur.
Qəzet yazır ki, Avropa İttifaqı yaranarkən kontinentə sülh və çiçəklənmə gətirəcəyini vəd etmişdi, əvəzində isə kontinentə məyusluq və çöküş "bəxş etdi”. Məqalə müəllifinin fikrincə, 2016-cı il Aİ-nin dağılma ili olacaqvə iqtisadiyyat burada ən axırıncı rolu oynayır. Çünki, Brüsselin optimizminə və vergi nəzarətinin gücləndirilməsinə baxmayaraq, avro ilə bağlı problemlər bitmək bilmir. Bu valyuta fövqəladə dərəcədə zəifləməkdə davam edir. İspaniyada işsizlik hələ də 23 faiz, Yunanıstanda isə 25 faiz təşkil edir.
Nəşr vurğulayır ki, ağır iqtisadi vəziyyət İtaliya və Yunanıstanda ekstremizmim səviyyəsi artıb. Bu siyasi durum digər ölkələri də təhdid edir. Portuqaliyanın sosial-demokrat partiyası isə sərt antikapitalizm kursu götürüb ki, İspaniyanın da bu istiqamətdə hərəkət edəcəyi artıq qaçılmaz görünür. Yazıda o da bildirilir ki, miqrasiya böhranı İttifaq ölkələrinin vəziyyətini dözülməz həddə pisləşdirib. Lakin Aİ, Avropa sivilizasiyasını qorumaq əvəzinə, sərhədləri qaçqınların üzünə açmaqla Avropanın "dəyərlərini və identikliyini məhv edir”. Nəşrdə bildirilir ki, belə davam edərsə, Aİ-nin sülh və bərabərlik vədləri boşboğazlıqdan o yana keçməyəcək, terror qurbanlarının xatirəsinə təşkil olunan mitinqlər isə bir gün Brüsselin siyasətinə qarşı etiraz aksiyasına çevriləcək.