Rusiya XİN başçısı Sergey Lavrov telefon danışığı zamanı ABŞ Dövlət katibi Con Kerridən Kiyevə Minsk razılaşmasına riayət etməsi üçün təsir göstərməsini istəyib. Bu barədə baki-xeber.com kommersant.ru-ya istinadən bildirir.
"Dövlət katibinə ABŞ-ın nüfuzundan istifadə edərək Kiyevə Minsk razılaşmasına riayət etməsi üçün təsir göstərməsilə bağlı müraciət olunub” – deyə Rusiya XİN-in saytında deyilir. Xatırladaq ki, Minsk razılaşmasına görə, Donbasda nizamlanma üzrə kompleks tədbirlərin həyata keçirilməsi müddəti 31 dekabrda başa çatır. Lakin razılaşmanın 13 bəndinin heç biri sona qədər yerinə yetirilməyib. Ehtimal olunur ki, tərəflər sadəcə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışır. Bunun üçün yeni son müddət kimi isə 31 iyul götürülə bilər – Avropa İttifaqı anti-Rusiya sanksiyalarını məhz bu müddətə qədər uzadıb. Lakin ötən dövrə nəzər salınarsa, ekspertlər qarşıdakı müddətdə də nəyinsə dəyişəcəyinə ümid etmir.
Rusiyalı nazir, eyni zamanda, İŞİD-lə mübarizənin vahid cəbhədən aparılmasının vacibliyini dövlət katibinin diqqətinə çatdırıb.