SOCAR həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə əlavə birdəfəlik maddi yardım ayırıb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və "Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15 min manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da birdəfəlik maddi yardım ayırıb.
Şirkət prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və "Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5 min manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalayıb.