Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də "Bakı Metropoliteni” QSC-nin "Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib. Trend-in məlumatına görə, dövlət başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə metronun "Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib.