Çikaqo polisi təsadüf nəticəsində 5 uşaq anası Betti Consu güllə ilə vuraraq öldürüb. Baki-xeber.com bu barədə Life News saytına istinadən xəbər verir.
Xəbərə görə, hadisə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində baş verib. Hüquq-mühaizə orqanının əməkdaşları çağırış üzrə 19 yaşlı qaradərili gənci sakitləşdirməyə gəlib. Lakin gənc beysbol ağacı ilə polisə hücum etdikdə polis odlu silahdan atəş açıb. Nəticədə isə oğlamnı deyil, onun qonşusu, 55 yaşlı afroamerikan qadını vurub. Yaralı halda xəstəxanaya aparılan qadın orada dünyasını dəyişib.
Polis hadisəni təsadüf adlandırıb və Betti Consun ailəsinə başsağlığı verib.