Avstriya polisi Yeni il ərəfəsində Avropa paytaxtlarında mümkün terror aktları ilə bağlı xəbərdarlıq edib. Baki-xeber.com-un EurAsiaDaily-yə istinadən xəbərinə görə, bu barədə kəşfiyyatdan məlumat əldə olunub.
Kəşfiyyatın xəbərində potensial terrorçuların adlarının da bəlli olduğu göstərilib. Artıq bayram tədbirlərinin başlanması səbəbindən Avropanın bir çox şəhərlərində polis kontingenti artırılıb və kütləvi tədbirlərin keçirildiyi, habelə əhalinin sıx olduğu yerlər nəzarətə götürülüb. Şübhəli əşyaların, çantaların, hətta velosiped ramalarının ciddi yoxlamaya məruz qaldığı bildirilir.
Xəbərdə əhaliyə 13 noyabr Paris faciəsi xatırladılaraq maksimum diqqətli olmaq tövsiyə olunur.