Almaniyanın Düsseldorf şəhərində 15 min kürd Türkiyə hökumətinin "Kürd Fəhlə Partiyası”na (PKK) qarşı apardığı mübarizəyə etiraz olaraq yürüş keçirib. Baki-xeber.com-un EurAsia Daily-yə istinadən xəbərinə görə, bu barədə "Deutsche Welle” nəşri xəbər verib.
Əllərində PKK lideri Abdullah Öcalanın portretini tutan etirazçılar türk ordusunun əsasən kürdlərin yaşadığı cənub-şərq rayonlarında apardığı əməliyyatı pisləyib. Yerli sakinlər bayram ərəfəsində yaradılan səs-küyə sərt təpki göstərib. Bir nəfər alman sakin isə çox nəzakətli şəkildə kürdləri aksiyalarını bayramdan sonraya keçırməyə çağıran transporant qaldırıb.
Qeyd edək ki, agentliyin daha öncə yaydığı xəbərə görə, bir neçə gün öncə istanbulun Sabiha Gökçen hava limanında baş verən partlayışı da kürdlər törədib. Nəticədə bir nəfər aeroportun təmizlik işçisi həlak olub, digəri yaralanıb.