Dağıstanın mərkəzi hissəsində yerləşən Qunib rayonunun inzibati hüdudları xüsusi göstəriş verilənə kimi nəzarətdə saxlanacaq. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, burada xüsusi əməliyyatın keçirilməsi ilə əlaqədar olaraq əhalinin müvəqqəti köçürülməsi də həyata keçirilib.
Verilən xəbərə görə, ərazidə antiterror rejimi (KTO) bazar günü səhər saatlarından tətbiq olunub. Bu müddət ərzində bir sıra xüsusi tədbirlər görülüb və məhdudiyyətlər davam edir.
Qeyd edək ki, KTO rejimi tətbiq olunarkən bir sıra tədbirlərin həyata keçirilməsinə icazə verilir ki, buraya polisin gücləndirilməsi, telefon və digər telekommunikasiya vasitələrilə danışıqlarının nəzarətdə saxlanması, fiziki şəxslərin müvəqqəti köçürülməsi və digər bu kimi hallar daxildir.