Türkiyənin şimal-qərbində yerləşən Çanaqqala şəhərindəki "18 mart” Universitetinin eks rektoru Sedat Laçınər göz altına alınıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, keçmiş rektor "paralel dövlət” işi ilə bağlı istintaq çərçivəsində saxlanıb. Agentliyin mənbəsinin bildirdiyinə görə, şənbə günü səhər saatlarında polis Çanaqqalada eyni vaxtda bir neçə ünvanda əməliyyat keçirib. Xəbərə görə, Laçınərdən əlavə bir sıra iş adamları da saxlanıb. Onların adı və sayı barədə hələlik məlumat verilmir.