Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılması danışıqlarının pərdəarxasında ciddi irəliləyişlərin olduğu ortaya çıxıb. Bu barədə baki-xeber.com Habertürkə istinadən xəbər verir.
Detalları hələlik sirr kimi saxlanan danışıqların ardından İsrail tərəfinin "Razılaşma imzalanarsa, bizi yenə də sərt tənqid edəcəkmisiz” – deyə soruşub. Cavabında isə Türkiyə tərəfi "Anlaşma imzalamağımız sizi və yürütdüyünüz siyasəti tənqid etməyəcəyimiz anlamına gəlməz. Bu bir az da sizin Qəzza və Fələstinə münasibətdə davranışınıza bağlı olacaq. Qəzzaya düzənlədiyiniz əməliyyatlara sərt təpkimiz davam edəcək” – cavabını verib.
Bir hökumət rəsmisinin bildirdiyinə görə, Türkiyə - Rusiya görüşmələrinin pərdəarxası belədir: İsrail pazılaşma ilə bağlı xəbər sızdırmaqla öz ictimaiyyətinin nəbzini ölçmək istəyib.
Bu arada o da bildirilib ki, HƏMAS Türkiyə - İsrail əlaqələrinin normala dönməsindən narahat deyil. Hətta əksinə, anlaşma olarsa, Türkiyənin Fələstinə daha çox dəstək verəcəyinə əmindir. Ona da əmindir ki, özü. masada olmayınca İsrail – Fələstin barışığı mümkün deyil. Bu gerçəyi isə hətta ABŞ da qəbul edir.
Türkiyənin guya İsrailə təbii qazına görə yaxınlaşmaq istədiyi barədə deyilənlərə gəlincə isə, Habertürkə danışan bir hökumət rəsmisi bunu qəti şəkildə təkzib edib:”Bu anlaşmada təbii qaz məsələsi yer almır. Ayrıca, İsrailin öz qazını dünya bazarına çıxarması üçün Türkiyəyə ehtiyacı var. O halda Türkiyə niyə belə bir məqsəd güdsün?” – deyə bildirib.