"Rusiya ilə Türkiyə arasında dostluq olmalı, söhbət, ünsiyyət olmalıdır. Gərginliyin heç bir ölkəyə faydası yoxdur. Türkiyədə ev alan ruslar var, onlar hələ evlərini satmayıb. Yay tətilində mütləq Türkiyəyə gələcəklər.
Baki-xeber.com-un Habertürkə istinadən xəbərinə görə, bu sözləri Rusiya Təhsil, Mədəniyyət və İşbirliyi Dərnəyinin rəhbəri Rimma Rizayeva deyib. O bildirib ki, türk-rus izdivacından yaranmış 250 min ailə var ki, onların artıq ortaq dəyərləri, ortaq qohumları var. "Ən aşağı ehtimalla 1 milyon Rusiya vətəndaşı yay aylarında Türkiyəyə üz tutacaq” - deyən Rizayeva özünün də həm Rusiya, həm də Türkiyə vətəndaşı olduğunu bildirib. "Biz bu yaşanan gərginliklərin bir an öncə bitirilmesini istəyirik. Bu gərginliyi fürsət bilən İsrail ve Yunanistan Rus turistlərin öz ölkələrinə gəlməsi için çalışır” – deyən Rimma Rizayeva iki ölkə arasında münasibətlərin tezliklə yoluna qoyulacağına inandığını bildirib.