İraqın Mosul şəhərini ələ keçirdikləri 2014-cü ilin iyun ayından bu günə kimi İŞİD burada 837 qadını edam edib. Bu barədə baki-xeber.com vesti.ru saytına istinadən xəbər verir.
Xəbərə görə, bu barədə Neynəva əyalətinin polis generalı Zanun əl-Səbavi bəyan edib. General onu da qeyd edib ki, bu qadınların əksəriyyəti haqqında terrorçu qruplaşmanın "şəriət məhkəməsi” hökm çıxarıb. Polis zabitinin sözlərinə görə, bu qadınların çoxu əyalət deputatı, dövlət qulluqçusu, vəkil, notarius və qadın bərbəri olub.
Xatırladaq ki, radikal qruplaşma İraqın ikinci böyük şəhəri olan Mosulu 10 iyul 2014-cü ildə ələ keçirib. İraqın baş naziri Haydar əl-Abadi Ər-Ramadi şəhərində keçirilən əməliyyatın bitməsindən dərhal sonra Mosulu azad edəcəklərinə söz verib.