Bu günlərdə liderini itirən "Ceyş-əl-İslam” - İslam Ordusu radikal terrorçu qruplaşması özünə yeni lider seçib. Baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir ki, bu, Dəməşqin şərqindəki Duma şəhərindən olan İssam əl-Buvaydanıdir. O həm də Əbu-Humam adı ilə məşhurdur.
Daha öncə "Reuters” terrorçu qruplaşmanın lideri Zahran Alluşun bir neçə səhra komandiri ilə birlikdə Rusiyanın aviazərbələri nəticəsində məhv edildiyini xəbər vermişdi. O da xəbər verilmişdi ki, "İslam dövləti” terrorçu təşkilatının nəzarətində olan Dəməşqin cənubundakı rayonlardan silahlılar evakuasiya olunur.