Cümə axşamı günü, 05 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
KİV DF jurnalistlərin geniş tərkibdə daha bir yeni il görüşünü arxada qoydu
Tarix: 26.12.2015 / 01:47
Bölmə: Gündəm
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 25-də "AltunSaray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq, 2015-ci ilin ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olduğunu, tarixdə ilk dəfə Bakıda keçirilmiş Avropa Oyunlarının ölkə həqiqətlərinin beynəlxalq miqyasda daha dolğun təbliği, habelə Azərbaycanın siyasi, iqtisadi və idman imicinin yüksəldilməsi baxımından əhəmiyyətinə diqqət çəkib.
İcraçı direktor bildirib ki, bu il Azərbaycan mediası üçün ən mühüm hadisələrdən biri də Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin regionlarda və paytaxt Bakıda təntənəli şəkildə keçirilməsi olub: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Fondun və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyul ayı ərzində Zərdab, Gəncə, Qəbələ, Masallı və Quba rayonlarında yerli icra hakimiyyəti orqanlarının, yerli və mərkəzi mətbuatın nümayəndələrinin iştirakı ilə konfranslar keçirilib. Həmin konfranslarda milli mətbuatın keçdiyi tərəqqi yoluna, müasir inkişaf təmayüllərinə, region mətbuatı ilə bağlı bəzi problemlərə nəzər salınmış, qarşılıqlı faydalı müzakirələr aparılıb, qərarlar qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 20 iyul tarixdə imzaladığı sərəncamlarla ölkə jurnalistikasının inkişafında xidmətləri olan 180 nəfər jurnalist fəxri ad, orden, medal və fəxri diplomlarla təltif edilib".
Fondun 2015-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı geniş hesabatla çıxış edən V.Səfərli mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor Fondun 2015-ci ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 34 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət üzrə 6000 səhifədən çox yazı dərc edildiyini diqqətə çatdırıb.
Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən V.Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan başqa, Fond il ərzində Qaradağ, Binəqədi və Nizami rayon icra hakimiyyətləri, Milli Olimpiya Komitəsi, "Azərbaycan Hava Yolları" QSC, Dövlət Statistika Komitəsi, "Azərilmə" Xalçaçılıq Mərkəzi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə 8 müsabiqə keçirib. Ümumilikdə, il ərzində keçirilmiş 11 müsabiqədə 716 nəfər jurnalist iştirak edib, onlardan 434 nəfəri qalib olaraq mükafatlandırılıb.
V.Səfərli Fondun 2015-ci ildə "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələri maliyyələşdirdiyini, hər üç layihə üzrə 6 ay aparılmış monitorinqlər zamanı media və teleradio məkanının dil problemlərinin araşdırıldığını və müvafiq təkliflərin irəli sürüldüyünü bildirib.
V.Səfərli Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə də ətraflı məlumat verib. Onun sözlərinə görə, müsabiqəyə 60 kütləvi informasiya vasitəsindən 156 yazı daxil olub, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib, Müşahidə şurasının qərarı əsasında 113 nəfər jurnalist qalib elan edilib: "Müsabiqədə ikinci və üçüncü yerləri tutmuş jurnalistlər dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırılıblar. Bu gün isə biz müsabiqədə birinci yer tutmuş jurnalistləri mükafatlandıracağıq".
Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənova verilib. Tədbir iştirakçılarını salamlayan Əli Həsənov qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-lərin sərbəst fəaliyyətinə hərtərəfli dövlət dəstəyi sayəsində milli informasiya resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri daha da yüksəlib, onlar öz əhatə dairəsini və auditoriyasını genişləndirməyə müvəffəq olub, beynəlxalq informasiya məkanının fəal iştirakçısına çevriliblər: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb, onun problemlərinə xüsusi həssaslıqla yanaşıb və kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri dəstək verib".
Prezidentin köməkçisi bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq
dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın dövri mətbu nəşr, 100-dən artıq jurnal, onlarla informasiya agentliyi, jurnalist təşkilatı, yayım şirkəti, 300-dən çox fəal internet saytı fəaliyyət göstərir: "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 2 iyun tarixli Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına uyğun olaraq Zərdab, Masallı, Qəbələ, Quba rayonlarında və Gəncə şəhərində regional konfranslar keçirilib. Bundan başqa, Bakı Dövlət Universiteti, Mədəniyyət və Turizm Nazirliyi, habelə rayon və şəhər icra hakimiyyətləri milli mətbuatın 140 illiyi ilə əlaqədar konfranslar təşkil ediblər".
Əli Həsənov deyib ki, dövlət başçısının sərəncamına uyğun olaraq Prezident Administrasiyasına redaksiyalardan və jurnalist təşkilatlarından KİV əməkdaşlarının dövlət mükafatlarına layiq görülməsi ilə bağlı 800-dək təqdimat daxil olub. Azərbaycan Prezidentinin 2015-ci il 15 iyul tarixli sərəncamlarına əsasən, Azərbaycan milli mətbuatının inkişafında xidmətlərinə görə 180 nəfər KİV əməkdaşına müxtəlif dövlət mükafatları və fəxri adlar verilib. Onlardan 2 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünə, 1 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 4 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 44 nəfər "Əməkdar jurnalist" fəxri adına, 17 nəfər "Əməkdar mədəniyyət işçisi" fəxri adına, 91 nəfər "Tərəqqi" medalına və 21 nəfər Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb.
Əli Həsənov vurğulayıb ki, iyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib və geniş nitq söyləyib. Dövlət başçısı Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salıb, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi, mövcud problemlər və onların həlli ilə bağlı öz dəyərli fikirlərini bölüşüb. Prezidentin köməkçisi vurğulayıb ki, kütləvi informasiya vasitələrinin əməkdaşları 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11 nəfəri Milli Məclisə deputat seçilib.
Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq jurnalistlər üçün inşa edilmiş 156 mənzilli binanın sənədləşdirmə işləri başa çatdırılıb və dekabrın 24-də jurnalistlərə müvafiq özəlləşmə sənədləri təqdim edilib. Jurnalistlər üçün digər 256 mənzilli binanın tikintisi davam etdirilib. Mənzillərin 2016-cı ildə jurnalistlərə verilməsi planlaşdırılır.
Prezidentin köməkçisi vurğulayıb ki, söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Lakin KİV-lər yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidir.
Sonra Fonduna 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.
Mükafatlandırma mərasimindən sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qalib jurnalistləri təbrik edib, habelə belə müsabiqələrin keçirilməsinin əhəmiyyətindən söz açıb. O, Prezident İlham Əliyevin mediaya əsl dost münasibəti göstərməsini, jurnalistlərin problemlərinin həllinə həssaslıqla yanaşmasını, habelə onların sosial-məişət problemlərinin həllinə həssas münasibətini yüksək dəyərləndirib.
Tədbirə yekun vuran Fondun icraçı direktoru Vüqar Səfərli rəsmi hissənin yekunlaşdığını bildirərək, tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqaviləsi imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir
04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır
04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi
04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?
04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?
04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...
04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..
04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi
04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi
04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu
04.11.2026 / 15:40
Hersoq qərar verəcək -
Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...
04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir"
- Paşinyan
04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır"
- Sahil Babayev
04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya
- ifrat sağçı dalğa artıq dağılır…
04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq
- boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...
04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib
04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi
- amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...
04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...
04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər
– İDDİA…
04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...
04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...
04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı -
Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir
04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub
- FOTO
04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır"
- Nazir
04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar
- FOTO
04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti
- bir nəfər barəsində qətimkan tədbiri seçildi...
04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır
- 946-dan 1200-ə...
04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı...
Sifarişlər dayandırıldı...
04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı -
"Mən olsaydım..."
04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...
04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi
- 1932-ci ildən bəri ilk fakt...
04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı -
Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi
04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi
- qanunsuz ödəniş tələblərinə inanmayın...
04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi
04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi
04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi
- nəticələri qəbul etməyə hazıram...
04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...
04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...
04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu...
Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ
04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb
04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi
03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir”
- dünyanı hədələyən təhlükə...
03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu
- "Patriot" verin, əvəzində istədiyinizi edim...
03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...
03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı
03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb...
"cənab Veto"
03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...
03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...
03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...
03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...
03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək
- TAM SİYAHI
03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi
- SİYAHI
03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi
03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...
03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa
- Mübariz Ağalarlı yazır
03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
XƏBƏR ARXİVİ