Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. APA-nın məlumatına görə, Y. Yevkurovun məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu! Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı qəbul edin. Sizə məsul dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram”.
Azərbaycan prezidentini doğum günü münasibəti ilə həmçinin Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Rusiya Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev, Serbiya-Azərbaycan Ticarət Palatasının sədri Miroslav Tsrnoqorats, Palatanın icraçı direktoru Natalia Popesku, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov, Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru, hökumətin sədri Konstantin Markelov və Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadə təbrik ediblər.