Düşmənin pilotsuz uçan aparatı məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 25-də saat 11:45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.