Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar iş günləri qrafikinə aydınlıq gətirib. Qərara əsasən, gələn il 20, 21, 22, 23 və 24 mart tarixləri mart Novruz bayramıdır. Əmək Məcəlləsində təsbit olunduğu kimi, 2016-cı ildə Novruz bayramı günlərində 20 mart tarixi bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü olacaq.
Həmçinin 6-7 iyul tarixlərində Ramazan, 12-13 sentyabrda isə Qurban bayramıdır.