Cümə axşamı günü, 05 noyabr 2026
     

Zərdabi Mətbuat Mərkəzi və "Kred Aqro" BOKT illik birgə layihəyə yekun vurdular

Image


"Bakı-Xəbər" qəzetlər, APA agentliklər arasında fərqləndi

Qaliblərə diplomlar və pul mükafatları verildi

Dünən Zərdabi Mətbuat Mərkəzi və "Kred Aqro" Bank Olmayan Kredit Təşkilatının 2015-ci ili əhatə edən "Bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələrinin artırılmasında stimullaşdırıcı tədbirlərin rolu və onun həyata keçirilməsi yolları" layihəsinə yekun vurulub.
Azərbaycan Mətbuat Şurasında düzənlənən tədbir ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, bank-kredit sektorunun təmsilçilərini, media və iqtisadiyyat sahəsində tanınmış mütəxəssisləri, ictimaiyyət nümayəndələrini bir araya gətirib.
Öncə Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadənin "Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini gözləyən vəzifələr" mövzusunda məruzəsi və ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən 31 KİV-də aparılan monitorinqin nəticələri müzakirə predmeti olub. Sonda ən yaxşı debitorlara, sahəni ilboyu daha fəal və peşakarlıqla işıqlandıran media orqanlarına, bir qrup jurnalistə mükafatlar təqdim edilib.
Məruzədə qeyd olunub ki, hər iki qurum 4 ildir birgə layihələr həyata keçirir. "Bu, ölkədə medianın bank-kredit sektoru ilə illər boyu birgə əməkdaşlığının mümkünlüyünü sübut edən əyani nümunədir" - deyən R.Hüseynzadə layihənin 2012-ci ildə yalnız paytaxt KİV-lərini əhatə etdiyini, növbəti illərdə bura regionların, debitorların da əlavə olunduğunu bildirib. O, 2015-ci ildə "Kred Aqro" BOKT-un 15, Zərdabi Mətbuat Mərkəzinin 10 yaşı tamam olduğunun əsas götürülərək stimullaşdırıcı tədbirlərin önə çəkildiyini, indiyədək Sumqayıt, Masallı və Mingəçevirdə debitorların, bölgə mətbuatının mükafatlandırıldığını nəzərə çatdırıb.
"Əlbəttə belə səmərəli və uzunmüddətli əməkdaşlıq tərəfdaşımızın, qurumun rəhbərliyinin media ilə əməkdaşlığa verdiyi önəm kimi dəyərləndirilməlidir. Məhz bunu nəzərə alaraq jurnalist təşkilatımız "Kred Aqro" BOKT-un Müşahidə Şurasının sədri Douqlas L.Leavensi və İdarə Heyətinin sədri Məcid Əsədovu xüsusi diplomlarına layiq görüb" - deyən R.Hüseynzadə mükafatları təşkilatın təmsilçisi, kredit departamentinin rəhbəri Zaur Ömərova təqdim edib.
Z.Ömərov təşəkkürünü bildirərək tədbir iştirakçılarına "Kred Aqro" BOKT-nin missiyası və 15 ildə keçdiyi yol barədə məlumat verib.
O, 15 il əvvəl ABŞ-ın ACDİ/VOCA, təşkilatı tərəfindən yaradılan qurumun 36 rayonu əhatə edən 24 filialı vasitəsilə Azərbaycan regionlarının və ucqar kəndlərinin kredit mənbələrindən uzaq sahibkarlarına bu məqsədlə göstərdiyi xidmətlərdən danışıb. Departament rəhbəri kreditlərin 40 faizinin sırf kənd təsərrüfatının inkişafına yönəldiyini, devalvasiyadan sonra kreditlərin bütövlikdə manatla verildiyini, 2016-cı ildə eyni prinsipin davam etdiriləcəyini söyləyib. "Kred Aqro"nun öz missiyasının öhdəsindən inamla gəlməsində, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükafatlandırılmasında media ilə sıx əlaqələrin mühüm rol oynadığını deyən Zaur Ömərov Zərdabi Mətbuat Mərkəzi ilə əməkdaşlıqdan məmnun qaldığını, 2016-cı ildə bunun davam etdiriləcəyini söyləyib.
Sonra o, "İlin debitoru" adına layiq görülmüş Ceyhun Musayevə, Vəli Baxşəliyevə, Atalı Əsədova, Nüşabə Salmanovaya, Vüqar İbrahimova diplomlar və qiymətli hədiyyələr təqdim edib.
KİV-lər və jurnalistlər isə ilboyu aparılan monitorinqlərin yekunlarına əsasən mükafatlandırılıblar. Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev belə layihələrin əhalinin bu sahədə maarifləndirilməsindəki rolundan danışıb.O, bank-kredit məsələlərindən yazan jurnalistlərin ixtisaslaşmalarının medianın problemlərindən olaraq qaldığın deyib və həmin sahəni işıqlandıran media təmsilçiləri üçün pulsuz təlimlər keçirmək niyyətində olduqlarını nəzərə çatdırıb. Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə monitorinqi aparılan KİV-lərdə ötən ilə nisbətən informasiyalarla yanaşı maarifləndirici yazıların xeyli artmasını layihənin diqqəti çəkən uğuru kimi dəyərləndirib. Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadənin, veteran jurnalist İntiqam Mehdizadənin, "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidovanın çıxışlarında isə layihənin davamlığının arzulandığı ifadəsini tapıb.
Tədbirdə "Bakı-Xəbər" qəzetlər, "Azəri-Press"İA informasiya agentlikləri arasında sahəni ən fəal işıqlandıran KİV-lər kimi plaketlərə layiq görülüb. "İqtisadiyyat" qəzeti isə ən çox analitik və maarifləndirici materiallar təqdim edən mətbu orqan kimi diplomla mükafatlandırılıb. Yazılı mediada "Həftə içi", "Yeni Müsavat", həmçinin "Mövqe" və "Ekspress" qəzetləri ilk beşlikdə yer aldıqlarına görə fərqləndirilib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi ("AzərTAC") və "Trend" İnformasiya Agentliyi isə ikinci-üçüncü nəticələrə görə İA-lar arasında seçilib.
Mirbağır Quliyevə ("Xalq qəzeti"), Zülfü İlyasova ("İqtisadiyyat qəzeti"), Rəşad Əliyevə ("Bizim yol" qəzeti), İlkin Bağırova ("Milli.az" İnternet Portalı) və Bəhlul Eminova ("İqtisadiyyat və həyat" jurnalı) Zərdabi Mətbuat Mərkəzinin diplomları və pul mükafatları verilib.
Xəbər xidməti





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ