Ərəb birliyi Misirin paytaxtı Qahirədə keçirdiyi nazirlərin fövqəladə toplantısında Tehranı beynəlxalq təhlükəsizliyi və sülhü təhdid etməkdə ittiham edib. Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Toplantı sonrası yayılan açıqlamada "Ərəb birliyi beynəlxalq hüququn, yaxın qonşuluq prinsipinin pozulduğu, regional təhlükəsizliyi təhdid etdiyi və Ərəb ölkələrinin daxili işlərinə müdaxilə etdiyi üçün İranı kəskin şəkildə qınayır”- deyə bildirilir. Açıqlamada İslam Respublikasından güc tətbiqindən və təhdid dili ilə danışmaqdan çəkinməsi, terror və şiddətə gizli dəstəyinə son verməsi və provokasiyaları durdurması istənilib.