Rusiya hökumətinin rəhbəri Dmitri Medvedyev 2015-ci ilin yekunlarına dair müşavirədə Nazirlər Kabineti Hüquq departamentinin şöbə rəisi Sübhi Osmanovu "Vətən qarşısında xidmətə görə” 2-ci dərəcəli ordeni ilə təltif edib.
Qeyd edək ki, əslən Azərbaycanın Şəmkir rayonundan olan Sübhi Osman oğlu Şıxlinski daha öncə də Rusiya hökumətində yüksək vəzifələrdə təmsil olunub. Belə ki, buna qədər o, nazir müavininin müşaviri, Milli nazirliyin aparat rəhbəri, Federal nazirliyin fəaliyyətinə dəstək şöbəsinin müdiri, Dövlət Duması yanında dini təşkilatlarla iş şöbəsinin rəisi vəzifələrində çalışıb, eyni zamanda Federasiya Şurasında, Konstitusiya, Ali və Ali Arbitraj məhkəmələrində önəmli vəzifələr tutub.
Onu da bildirək ki, Sübhi Şıxlinski AXC hökumətinin önəmli simalarından olmuş Əliağa Şıxlinskinin nəslindəndir.