Rusiya Qərbin artan sanksiyalarına sahibkarlığın inkişafı ilə cavab verəcək. Eyni zamanda digər ölkələrlə kooperasiya da inkişaf edəcək. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin işgüzar dairələrin nümayəndələri ilə görüşündə bildirib.
"Artıq ilk dəfə deyil bildirirəm: xarici məhdudiyyətlərə bizim cavabımız sahibkarlığın azadlığının genişləndirilməsi, şəffaf biznes quran hər kəsin hüquqlarının və əmlakının müdafiəsi olacaq” – deyə o bildirib. Rusiya rəhbəri deyib ki, 2015-ci ildə sanksiyalara və neftin ucuzlaşmasına baxmayaraq, Rusiya şirkətləri və bankları stabil iş ritmini saxlaya bilib.
"Rusiya şirkətləri və bankları xaricə çıxış imkanlarının məhdudlaşdırıldığı şəraitdə işləyib. Üstəlik neftin qiymətinin kəskin düşməsi və valyuta məzənnələrindəki tərəddüdlər də öz sözünü deyib. Bununla belə, mürəkkəb konyunkturaya və çətinliklərə baxmayaraq, şirkət və əmək kollektivləri sabit işgüzar mühiti qorumağı bacardı” – o bildirib.