Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakıdan ABŞ Konqresinə müraciət: "Biz heç zaman dini zəmində qarşıdurma yaşamamışıq"

Image


Azərbaycandakı Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav və Katolik kilsələri, Dağ və Avropa Yəhudiləri, Alban Udi icmalarının rəhbərləri Amerika Birləşmiş Ştatlarının Konqresinə müraciət ediblər. Trend-ə daxil olan müraciətdə deyilir: "Hörmətli konqresmenlər! Sizi qarşıdan gələn müqəddəs Milad bayramı və Yeni il münasibətilə təbrik edir, dindarlarımız adından salamlarımızı və ehtiramlarımızı bildirərərək bizi narahat edən məsələyə dair aşağıdakı fikirlərimizi diqqətinizə çatdırmaq istəyirik.

Məlum olduğu kimi, Helsinki Komissiyasının sədri cənab Kris Smitin hazırladığı "Azərbaycanda Demokratiya Aktı” başlıqlı qanun layihəsi baxılması üçün Konqresə təqdim olunmuşdur. Məsələnin siyasi məqamlarına və müəllifin lobbiçilik meyllərinə toxunmadan göstərilən qanun layihəsində Azərbaycanda dini etiqad azadlığı ilə əlaqədar yer almış yanlış mülahizələrə dair narazılığımızı bildirir və bunu ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniya kimi qiymətləndiririk.

Bizi təəccübləndirən başlıca amil - cari il ərzində Azərbaycana ABŞ-ın siyasət, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı heyətlərinin gəlməsinə və dini etiqad azadlığı sahəsində real vəziyyətlə tanış olaraq çox yüksək qiymətləndirilməsinə baxmayaraq, dönüşdən sonra fikir dəyişdirərək ölkəmizdəki mövcud gerçəkliyi əks etdirməyən belə sənədin Kapitoliyə təqdim olunmasıdır. Biz bunu müəllifin məlumatsızlığı ilə əlaqələndirə bilərdik, lakin müasir dünyada informasiya əldə etmək imkanları bu fikri istisna edir".

Müraciətdə qeyd olunur ki, tarixən Azərbaycanda ənənəvi dini icmalar - müsəlman məscidləri, xristian pravoslav, katolik, alban udi kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərib və bu gün də öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədir: "Ölkənin müsəlmanlara məxsus 800-dən artıq məbədlərində ibadət edən sünnilər və şiələr birlikdə namaz qılırlar ki, bu faktın özü dünyaya örnək ola biləcək məzhəb birliyinin nadir nümunəsidir. Ümumən bu gün Azərbaycanda qədim alban udi kilsələri ilə yanaşı pravoslav və katoliklərin 12 kilsəsi, 6 yəhudi sinaqoqu mövcuddur. Dövlət tədbirlərində, dini bayram və mərasimlərdə biz birlikdə iştirak edirik. Dövlətin mənəvi dəstəyi və maddi yardımı sayəsində yüzlərlə dini ibadət ocaqları, məscidlər, kilsələr, sinaqoqlar inşa və təmir edilərək dindarların istifadəsinə verilmiş, dini konfessiyaların ehtiyacları təmin olunmuşdur. 2014-cü ildə dövlət başçımızın müvafiq Fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Ölkədə son illər keşirilmiş Dünya dini liderlərinin konfransları, Bakl prosesi adlanan multikulturalizm forumları mövcud olan tolerantlıq mühitinin bariz nümunələridir".

Bildirilir ki, Azərbaycanda başqa dinlərə mənsub insanların inanclarına hörmətlə yanaşılır: "Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Bakının mərkəzində yerləşən erməni kilsəsinin öz fəaliyyətini dayandırmasına baxmayaraq, həmin məbəd də dövlət tərəfindən təmir və bərpa edilmiş, ona məxsus kitablar və atributlar qorunub saxlanılmışdır. Hətta Qriqorian kilsəsinin qoruyucusu erməni millətindəndir. Halbuki, Azərbaycanın işğal edilmiş ərazilərində - Qarabağ və ətraf bölgələrdə məscidlərimiz, ziyarətgahlarımız, kilsələrimiz, qəbristanlıqlarımız erməni qəsbkarları tərəfindən xarabazarlığa çevrilmişdir. Biz çox təəssüf edirik ki, hörmətli konqresmen hazırladığı sənəddə ibadət imkanlarından məhrum olan Qarabağ dindarlarının pozulmuş insan haqları barədə heç bir söz demir.

Sizə təqdim olunan qanun layihəsində göstərilir ki, Azərbaycanda Baptist, Yeddinci gün adventistləri, "Pentecostals” nümayəndələri leqal statusa malik deyillər və guya acınacaqlı vəziyyətdədirlər. Bununla bağlı bildirmək istəyirik ki, ölkəmizdə bu cərəyanların nümayəndələri icma deyil, fərdi şəkildə fəaliyyət göstərirlər və onlar icma şəklində təmsil olunmaq üçün müvafiq icra strukturlarına müraciət etməlidirlər. Bu hal əksər dövlətlərin qanunvericilik praktikasında mövcuddur. Əgər söhbət Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərdən gedirsə, sual olunur – hansı ölkədə müvəqqəti yaşayan şəxslərə onların etiqadına uyğun icmalar və yaxud məbədlər yaradılır?

Göstərilən layihə mətnində işarə olunur ki, Azərbaycanda guya çoxlu sayda dini məhbus mövcuddur. Birmənalı şəkildə bəyan edirik ki, həmin şəxslər dini fəaliyyətlərinə görə deyil, əksinə dini şüarlardan sui-istifadə edərək terrorizmə çağırış, dövləti silah gücünə çevirməyə cəhd kimi radikal və ekstremist təmayüllü hərəkətlərinə görə azadlıqdan məhrum edilmiş cinayətkarlardır. Radikal və ekstremist təmayüllü şəxslər nədən ABŞ-da və ya Avropada "cihadist” adlanırlar, Azərbaycanda isə "vicdan məhbusu” ?! Biz əminik ki, Amerika Birləşmiş Ştatlarında belə terror əməllərini törədənlər ədalət məhkəməsindən qaça bilməzlər.

Hörmətli Konqresmenlər! Sizi əmin edirik ki, ölkəmizdə mövcud olan tolerantlıq mühiti sözdə deyil, əməldədir. Canlı nümunə bu Müraciətin altındakı imzalardır. Biz heç zaman Azərbaycanda dini zəmində qarşıdurma yaşamamışıq və buna yol verməmişik. Bu tolerantlıq bizim ruhumuzda, qanımızdadır və Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir.

Sizi Azərbaycan gerçəkliklərinə obyektiv reaksiya verərək, layihənin müzakirəsi zamanı bizim mövqeyimizi də nəzərə almağa və düzgün qərar verməyə çağırırıq! Müraciətimizi Vatikan Dövlətinin və Dünya Katoliklərinin sabiq rəhbəri Roma Papası II İoann Pavelin 2002-ci ildə Azərbaycana səfəri zamanı ölkəmizdə üç səmavi dinə göstərilən qayğıya görə səsləndirdiyi dua ilə bitirmək istəyirik: "Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Yaradana həmd olsun!” Uca Yaradan fəaliyyətinizdə sizlərə yardımçı olsun! Amin!"

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milih Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının rəhbəri Gennadi Zelmanoviç və Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ