"2013-cü ildə jurnalistlər üçün təməli qoyulan 2-ci yaşayış binası gələn ilin dekabr ayında təhvil veriləcək”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib:
"Biz 2013-cü ildə ilk binanı 156 jurnalistin ixtiyarına verdik. 2013-cü ildə prezidentin sərəncamı əsasında ikinci binanın təməlini qoyduq. Dünyanın heç bir ölkəsində jurnalistlərə dövlət tərəfindən ev hədiyyə edilmir. Bu, məhz bizim prezidentimizin jurnalistlərə hədiyyəsidir”.