Səudiyyə Ərəbistanının cənub- qərbində yerləşən Cizan şəhərində yanğın faciəsi yaşanıb. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, yanğın hadısısi şəhər xəstəxanasında baş verib. Nəticədə 25 nəfərdən artıq insan dünyasını dəyişib. Lakin sayt bildirir ki, bu ilkin statistikadır və ölü sayı arta bilər.
TASS-ın xəbərinə görə, pasiyentlər evakuasiya olunub, 50-dən artıq insan digər xəstəxanalara yerləşdirilib. Yaralı sayı isə 100-ü ötüb. Hazırda yanğının səbəbləri araşdırılır.