Dağıstan prezidenti Ramzan Abdulatipov ölkəsindən gedərək "İslam dövləti” terrorçu qruplaşmasına qoşulanların sayının bu gün 643 nəfər təşkil etdiyini açıqlayıb. Baki-xeber.com bu barədə vesti.ru saytına istinadən xəbər verir.
Maraqlıdır ki, bu ilin yayında Dağıstan prezidenti ölkəsindən İŞİD-ə qoşulanların sayının 300- çatdığını açıqlamışdı. Bu isə sözügedən regiondan az qala axının olduğunu deməyə əsas verir. Halbuki, prezidentin dediyinə görə, bu gün ölkənin hər bir rayonunda profilaktika məqsədilə antiterror komissiyası işləyir, məscid və idarələrə terrorçularla hər hansı bağlantısı olduğu güman edilən şəxslərlə söhbətlər aparmaq tapşırılıb. Pamzan Abdulatipov onu da deyib ki, Milli antiterror komitəsinin iclasında terrorçulara qoşulmağa cəhd edən şəxslərin pasportlarının əllərindən alınmasını təklif edib. Onun sözlərinə görə, bununla terrorçu qruplaşmaya qoşulmaların sayını minimuma endirmək mümkündür.