Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zerkalo” qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesinin növbəti iclası keçirilib. Bu barədə Trend-ə R.Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.
Onun sözlərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə müdafiə ilə çıxışı edərək R.Mirqədirova bəraət istəyib.
Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı R.Mirqədirovun 7 il müddətinə azadlıqdam məhrum edilməsini istəyib.
Prokuror hakimlər kollegiyasından R.Mirqədirova qarşı açılmış cinayət işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilərək onun işinin yüngüləşdirilməsini istəyib.
R.Mirqədirov isə son söz demək üçün məhkəmədən vaxt istəyib. Növbəti məhkəmə iclasə dekabrın 25-də olacaq.
Xatırladaq ki, R.Mirqədirovla bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.