Bundan sonra Gürcüstan vətəndaşları istər işgüzar, istərsə də təhsil, iş, gəzmək, dəvət olunma və digər məqsədlərlə Rusiyaya gəliş üçün viza ala biləcək və bu viza razılığı istənilən müddətə alına bilər. Baki-xeber.com bu barədə Rusiyanın NTV kanalına istinadən xəbər verir.
Rusiya XİN-dən bildirilib ki, bu tədbirlər Rusiya ilə gürcüstan arasında son illər yaşanan soyuqluq atmosferinin aradan qaldırılması məqsədi güdür.
Qeyd edək ki, 17 dekabr tarixində Rusiya Prezidenti Vladimir putin ənənəvi illik mətbuat konfransında Gürcüstanla viza rejiminin sadələşdiriləcəyinin anonsunu vermişdi.