Ötən gecə yerli vaxtla saat 02.25-də İstanbulun Sabiha Gökçen hava limanında partlayış baş verib. Baki-xeber.com-un İhlas xəbər agentliyinə istinadən xəbərinə görə, hələlik səbəbi bilinməyən partlayış nəticəsində iki nəfər yaralanıb. Yaralılar Canan Çelik Burgucu ve Zehra Yamaç dərhal Marmara Üniversitesi Pendik Marmara Eğitim ve Araştırma xəstəxanasına çatdırılıb.
Verilən xəbərə görə, partlayış təyyarələrin park edildiyi yerdə baş verib. Yaralananlar isə təmizlik işçiləri olub. Olay yerində axtarışlar aparılıb, axtarış aparan polis qüvvələrinə havadan helikopterlə dəstək verilib. Ərazidə gərginvəziyyət davam edir.