Suriyanın insan haqları monitorinq mərkəzi 2132 nəfərin Rusiya aviazərbələrinin qurbanı olduğunu bəyan edib. Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, bu rəqəmin üçdə bir hissəsini dinc sakinlər təşkil edir. Eyni zamanda Rusiya aviazərbələrinin 598 nəfər İŞİD üzvü, 824 nəfər "Ən-Nüsra Cəbhəsi” təşkilatı üzvünü məhv etdiyi bildirilir. Hüquq müdafiəçiləri dinc sakinlərdən həlak olanlar arasında 161 uşaq və 104 qadının da olduğunu aşkarlayıb.
Xatırladaq ki, Human Rights Watch insan hüquqları təşkilatının dərc etdiyi son hesabatda Rusiya HKQ-nin Suriya əməliyyatları çərçivəsində azı 20 dəfə kaset bombaları tətbiq etdiyi bildirilir.