ABŞ hökuməti Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir daha gözdən keçirib və sanksiyaya düşənlərin siyahısını genişləndirib. Bu barədə baki-xeber.com kommersant.ru-ya istinadən xəbər verir.
ABŞ-ın Moskvadakı səfirliyində sanksiyaların dəqiqləşdirilməsini onun "effektivliyinin” təmin olunması məqsədilə izah ediblər. Yenilənmiş antirusiya sanksiyalarının siyahısına "Yandeks Denqi” kompaniyası da düşüb. Eyni zamanda siyahıda "Rostex”in subholdinqləri də yer alıb. Çərşənbə axşamı axşam saatlarında ABŞ Maliyyə nazirliyi siyahının genişləndiyini elan edib. Vaşinqtonun açıqlamasına görə, genişlənmiş qara siyahıya sanksiyalardan yan keçməyə çalışan hüquqi və fiziki şəxslərin adları salınıb.