Dünya Bankı və Finlandiya hökuməti Fələstin dövlətinə 8,9 milyon dollar yardım ayırıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Dünya Bankının Qüds ofisinin açıqlamasına görə, bunun 5 milyonu yeni işyerlərinin açılması üçün nəzərdə tutulub. DB-nin İordan çayının qərb sahili və Qəzza bölməsinin rəhbəri Stin Lay Yorhanson deyib ki, bu zaman özəl sektora xüsusi diqqət yetiriləcək.
Ayrılan məbləğin 30 faizi isə qadınlar üçün nəzərdə tutulub. Bu proqram gəncləri nəzərdə tutmaqla 18-29 yaş qrupunu əhatə edəcək.
Digər tərəfdən Finlandiya da Fələsti hökumətinə dəstək məqsədilə 3,9 milyon dollar ayırıb. Həmin məbləğ isə infrastrukturun yaradılmasına, həmçinin enerji və içməli su təminatına sərf olunacaq.