Səfər çərçivəsində İ. Kahramanın Azərbaycanın rəsmi şəxsləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub. Səfər dekabrın 22-də başa çatacaq.
TBMM sədri İsmayıl Kahraman deyib ki, Rusiya-Türkiyə münasibətlərindəki gərginliyi bu qədər dərinləşdirməmək lazımdır. TBMM sədri bildirib ki, hər iki tərəf bir-birinin, qarşı tərəfin həssaslığını nəzərə almalıdır: "Bu kimi hallarda ölkələr arası, beynəlxalq münasibətlərə diqqət etmək lazımdır.
Ümid edirəm ki, münasibətlərdə yaranan gərginlik dərinləşməyəcək, əksinə düzələcək”.