İran beynəlxalq sanksiyalardan canını qurtarmaq üçün yaxın günlərdə ölkədə zənginləşdirilən uranın böyük hissəsini Rusiyaya ixrac etmək qərarı qəbul edib. Bu barədə baki-xeber.com İRNA agentliyinə istinadən xəbər verir.
İranın Atom Enerjisi üzrə Təşkilatının prezidenti Əli Əkbər Salehi agentliyə açıqlamasında bu barədə bildirib. Qeyd edək ki, bu ilin iyun ayında dünya dövlətlərilə əldə olunan razılığa əsasən İran ölkədəki zənginləşdirilmiş uran ehtiyatını 300 kiloqrama qədər azaltmalıdır. "Bu günlərdə 9 tona yaxın uran Rusiyaya ixrac ediləcək” – deyə Salehi bildirib. MAQATE rəhbəri Yukiyo Amano isə deyib ki, İranın üzərindən sanksiyalar yanvarda, İranda seşkilər öncəsi götürülə bilər.
Xəbərdə o da bildirilir ki, İran artıq göndərəcəyi həcmin əvəzində Rusiyadan xam uran konsentratları alıb.