Air France aviakompaniyasının Mavritaniyaya uçan təyyarəsi Keniyanın Mombası aeroportuna məcburi eniş edib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, buna səbəb təyyarənin göyərtəsində aşkarlannan şübhəli predmet olub.
Xəbərə görə, şübhəli predmet təyyarənin tualetidə aşkarlanıb. Bundan sonra pilot təcili eniş üçün icazə istəyib. "Təyyarə rahat eniş etdi, bütün sərnişinlər evakuasiya olundu” – deyə Keniya polisinin nümayəndəsi Çarlz Ovino bildirib.
Qeyd edək ki, təyyarədə 459 sərnişin, 14 ekipaj üzvü olub. Hazırda təhlükəsizlik xidməti şübhəli əşyanın mənşəyini araşdırır.
Onu da bildirək ki, bundan önsə San-Fransiskodan Parisə uçan təyyarə də oxşar səbəbdən Monrealda məcburi eniş etmişdi.