Türkiyədə davam edən antiterror əməliyyatları çərçivəsində Şırnak əyalətinin Cizrə rayonunda 78 terrorçu məhv edilib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. Xəbərdə bildirildiyinə görə, daha 6 terrorçu Silopidə, 16-sı Diyarbəkirin Sur rayonunda, 10 nəfəri isə Mardinin Darkeçid qəsəbəsində zərərsizləşdirilib. Ümumilikdə son 4 gün ərzində PKK-nın 110 silahlısının məhv edildiyi bildirilir.