İordan çayının Qərb sahilində Santa-Klaus paltarı geyinmiş, çiynində "hədiyyə torbası” olan 20-yə yaxın fələstinli peyda olub. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, Santa-Klauslar əvvəlcə İsrail əsgərlərini konfetə qonaq etməyə cəhd göstəriblər. Şahidlərin sözlərinə görə, getdikcə onlara yerli fələstinlilər də qoşulmağa başlayıb və kütlə böyüyüb. Durumun təhlükəli həddə gəldiyini fərq edən israil ordusu gözyaşardıcı qaz vasitəsilə çağırılmamış qonaqları dağıtmağa cəhd edib. Fələstinlilər buna daş atmaqla cavab veriblər.. Azı bir nəfər xəsarət alıb.
Daha öncə bildirildiyinə görə, İsrail tərəfi İsrail-Fələstin münaqişəsi ilə bağlı Avropa ittifaqı ilə aparılan diplomatik danışıqları dayandırmaq qərarına gəlib. Hazırda iordan çayının Qərb sahilində toqquşmalar tez-tez baş verir. Hələ ötən ay yəhudi yaşayş məntəqəsi Etsionda fələstinli 20 yaşlə israilli qızı bıçaqla qətlə yetirmişdi.