“15 İyul Türk millətinin iradəsini zəncirləməyə çalışanlar tərəfindən xaricdən dəstəklənən xain çevriliş cəhdi idi”. Baki-xeber.com-un xəbərinə görə, bu fikirləri açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib. H.Altınalan vurğulayıb ki, bu xain çevriliş cəhdinin 5-ci ildönümündə şəhidlərimizi rəhmətlə anır, qazilərimizə minnətdarlığımızı bildirir, FETÖ-yə və bu çevrilişə cəhdi həyata keçirən tərəfdarlarına isə lənət edirik.