Bazar ertəsi günü, 17 avqust 2026
     

Koronavirusa qarşı mübarizədə ən effektiv yol müəyyənləşdi

Image


“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət çox yaxşıdır. Həm ölüm sayları, həm də yeni yoluxma halları azalıb. Bu, hökumətin gördüyü tədbirlərin səmərəliliyini, həm də insanların tələb olunan qaydalara riayət etdiyini göstərir. Bunun davamı çox önəmlidir. Məlumdur ki, dünyada koronavirusun yeni mutasiyaları var. Bütün görülən işlər mutasiyalara qarşı da effektivdir. Ona görə də insanların özlərini qorumağa davam etməsi vacibdir”. Bu fikirləri  Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı səsləndirib. Elə ekspertlər də bu fikirdədir ki, insanların özlərini qorumağa davam etməsi virusa qarşı mübarizədə ən effektiv yoldur.  

Yeri gəlmişkən qeyd edək ki, bu məsələ indi bütün dünya səviyyəsində qəbul edilir. Məhz bu səbəbdən insanların özlərini qorumağa davam etməsi istiqamətində addımlar sərtləşdirilir. Məsələn, elə qonşu Gürcüstanda tibbi maska taxmaq tələbinə təkrar əməl etməyən şəxslərə qarşı cərimənin məbləği iki dəfə artırılacaq. Baş nazir Georgi Qaxariyanın sözlərinə görə, karantin rejiminin yumşaldılması ilə yanaşı, qaydaların sərtləşdirilməsi də vacibdir. Qeyd edək ki, qonşu ölkədə ötən ilin noyabrından həm qapalı məkanlarda, həm də açıq havada tibbi maskadan istifadə məcburi olub. Maskadan istifadə qaydalarını pozan fiziki şəxslər 20 lari məbləğində cərimə olunurlar. Qapalı məkanlara şəxslərin maskasız daxil olmasına yol verən hüquqi şəxslərə qarşı tətbiq olunan cərimənin məbləği isə 500 lari təşkil edir.

ABŞ-ın xəstəliklərin nəzarəti və profilaktikası mərkəzləri də virusa qarşı mübarizə məqsədilə ictimai nəqliyyatda tibbi maska taxılmasının məcburi olması barədə qərar qəbul edib. Amerikalılar artıq ictimai nəqliyyatda, o cümlədən təyyarə və qatarlarda, avtobuslarda və metroda, taksi və gəmilərdə maska taxmalıdır. Bu məcburiyyət Birləşmiş Ştatlara gələn, həmçinin ölkədən çıxmaq üzrə olan sərnişinlərə də şamil edilir. Qeyd edək ki, ABŞ koronavirusdan ən çox əziyyət çəkən ölkədir. Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 26 milyondan artıq yoluxma halı aşkarlanıb, 450 minə qədər insan həyatını itirib. Fransada isə koronavirusun yayılma risqini azaltmaq üçün sakinlərdən ictimai nəqliyyatda səyahət edərkən danışmamaları və mobil telefonlardan istifadə etməmələri istənilib. Müvafiq tövsiyələr Fransa Tibb Akademiyasının vebsaytında da yerləşdirilib. Mətndə qeyd olunur ki, nəqliyyatda tibbi maska ​​taxma tələbinə mobil telefon istifadəsi və danışma qadağaları əlavə edilməlidir. Almaniya, Çexiya kimi Avropa ölkələrində də maska ilə bağlı nəzarət sistemi gücləndirilir.

Ölkəmizdə də xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Maska taxmayan fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə edilir. Ekspertlər isə bildirir ki, vəziyyətdən asılı olmayaraq, insanlar gündəlik olaraq gigiyena qaydalarına riayət etməlidir. Sosial məsafəyə riayət olunmalı, tibbi maskadan təyinatına uyğun olaraq istifadə edilməli və karantin qaydalarının digər tələbləri də mütləq nəzərə alınmalıdır. Bununla yanaşı, ölkəmizdə pandemiya ilə mübarizənin  yeni, daha doğrusu vaksinasiya mərhələsi başlayıb. Yanvarın 18-dən etibarən ölkəmiz Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib. Ölkəmizdə istifadə olunan Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini, Türkiyədən alınan məlumatlara görə, 91,25 faiz hallarda təsirli olub. Ən başlıcası odur ki, peyvənd vurulması koronavirus xəstəliyinin ağır formada keçməsi və ölüm hallarının qarşısını 100 faizə yaxın alıb. Vaksin məsələsinə münasibət bildirən Hande Harmancı isə qeyd edir ki, istənilən halda təhlükəsizlik qaydalarına əməl olunmalıdır: “İnsanlar COVID xəstəliyini keçirdikdən sonra onlarda bəzi simptomların uzun müddət davam etdiyini bilirik. Lakin bunun xəstəliyin ağırlığına və ya nəticəsinə necə təsir etdiyi məlum deyil. Yeni bir xəstəlik olduğuna görə belə halların da monitorinqi vacibdir. Əgər insanlarda simptomlar keçməzsə, onlar müalicə edən həkimlə əlaqə saxlamalıdırlar. Xəstəliklə mübarizədə hər kəsin diqqət etməli olduğu şeylər eynidir. Ara məsafənin qorunması, əl gigiyenası, maska istifadəsi və otaqların tez-tez havalandırılması lazımdır. İnsanların kütləvi toplaşdığı yerlərdə yoluxmaların olmaması mümkün deyil. Amma biz həyatımıza qaydalara diqqət edərək davam etmək məcburiyyətindəyik. Vətəndaşlara indiyədək riayət etdiyi və Azərbaycanda epidemiyanı nəzarət altına almağa nail olduqları qaydalara əməl etməyi tövsiyə edirəm”. Ekspertlər də bildirir ki, bir virusun yayilmaması, daha çox mutasiyaya uğramaması üçün ən yaxşı yol onun yayılmasının qarşısını almaqdır. Bu da yalnız qorunma qaydalarına riayət edərək və əhalinin sürətlə peyvənd olunması hesabına mümkündür.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ