Bazar günü günü, 15 noyabr 2026
     

Orta məktəb təhsili sistemimizdə son ayların ən populyar yenilikləri – nazirlik başladı, ekspertlər araşdırır…

Image


Kamran Əsədov: “Hesab edirəm ki, nazirlik təhsildə əsaslandırılmış təkliflərlə çıxış etməli, ciddi struktur islahatlarına getməlidir”
Nadir İsrafilov: “Dövlət təhsil müəssisələrində tam orta təhsilin pulsuz olduğunu bildirən maddəyə...”

 

Respublikamızda təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Son dövrlər orta ümumtəhsil məktəblərində tədrisin inkişafı ilə bağlı irəli sürülən fikir və ideyalar, gerçəkləşdirilən layihələr çoxdur. Orta ümumtəhsil məktəbləri ilə bağlı qəbul edilən qərarlar ekspertlər tərəfindən ətraflı şəkildə təhlil edilir.

Onu da vurğulayaq ki, həyata keçirilən işlər, mövcud təkliflər sırasında məktəbəqədər təhsil də nəzərə alınıb. Təkliflərə görə, 1 yaşlı uşaqlar artıq məktəbəqədər təhsilə cəlb ediləcək. Bundan başqa, Azərbaycanda 6 yaşı təqvim ili ərzində (uşağın məktəbə getməli olduğu il) tamam olmayan uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır. Bununla bağlı "Təhsil haqqında” Qanuna yeni əlavələr nəzərdə tutulur. Mövcud təkliflərdən biri də ali məktəblərin nəzdində kolleclərin yaradılmasıdır. Məlumatlara görə, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərilib ki, Azərbaycanda universitetlərin nəzdində 2 illik subbakalavr pilləsi (kolleclər) yaradılması nəzərdə tutulur. Sənəddə qeyd olunub ki, bu addım gənclərin orta ixtisas təhsili ilə əhatə olunma səviyyəsini artıra bilər. Bunun üçün ilk peşə və orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılacaq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialının qiymətləndirilməsi aparılacaq. Peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması planına əsasən, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması təşviq olunacaq.

Xatırladaq ki, sözügedən “Yol Xəritəsi”nə uyğun olaraq, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.

Orta ümumtəhsil məktəbləri ilə bağlı son təkliflərdən biri və reallaşdırılması gözlənilən orta məktəblərə yeni səlahiyyətin verilməsidir. Belə ki, “Təhsil haqqında” Qanunun 19-cu maddəsinə dəyişiklik təklif olunur və dəyişikliyə görə, Azərbaycanda ümumtəhsil müəssisələrinə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının ödənişli əsaslarla təşkil edilməsi səlahiyyəti verilir. Hələ ki, təklif səviyyəsində olan bu məsələ də ekspertlərin ciddi müzakirə predmetinə çevrilib.

Son zamanlar belə təkliflər var idi ki, fənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul edilsinlər. Deyəsən bu məsələ də reallaşmaya doğru gedir. Məlum olduğu kimi, təhsil naziri Ceyhun Bayramov respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə imtahansız qəbul edilməsi məsələsinə münasibət bildirib. O, Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında bildirib ki, bunun tətbiq edilməsində hər hansı bir problem görmür. Nazir bildirib ki, bu il respublika fənn olimpiadalarından 298 nəfər I, II, III yerləri tutub ki, onlardan 150 nəfərə qədəri bölgələri təmsil edib: “Burada söhbət ondan gedir ki, dünya fənn olimpiadasında olduğu kimi, şəxs məsələn, kimya fənnindən qalib olubsa, məhz o ixtisas üzrə ali məktəbə qəbul oluna bilər”.

Nazir onu da bildirib ki, 8 fənn üzrə respublika fənn olimpiadası keçirilir.

Digər bir məlumata görə isə Azərbaycanda gələn tədris ilindən orta məktəblərdə azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.

Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır: “Hesab edirəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.

Son yarım ildə orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı irəli sürülən təklifləri və “Təhsil haqqında” Qanuna dəyişikliklərin ediləcəyi ilə bağlı səsləndirilən fikirləri ekspertlər necə dəyərləndirirlər?

Tarix üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti Kamran Əsədov son dövrlər təhsil sistemində baş verən yeniliklərə, səslənən təkliflərə “Bakı-Xəbər” qəzetinə açıqlamasında ətraflı şərh verdi: “İlk növbədə qeyd edim ki, indiyə qədər xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.12-ci maddəsinə əsasən hazırlanıb və məktəb yaşına çatmayan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulunu tənzimləyir. Amma bu hissə məktəbəqədər təhsil alan şagirdlərin yaş həddi ilə ziddiyyət təşkil edir. Bundan başqa, əqli və fiziki cəhətdən normal inkişaf etmiş şagirdlər olduqca azlıq təşkil edir və fiziki olaraq şagirdlər birinci sinifdə oxuyan zaman müəyyən problemlər ortaya çıxır. Ən ciddi problemlər isə məhz məktəbəqədər təhsillə bağlı idi. Belə ki, məktəbəqədər təhsil pilləsində təhsil almalı olan uşaqları valideynləri birinci sinfə qəbul etdirməyə çalışırlar. Hesab edirəm ki, bu qanun layihəsi qəbul olunduqdan sonra ilk illərdə müəyyən qədər şagird azlığı yarana bilər. Belə ki, hər il əlavə sayda şagird qəbulu aparıldığı üçün, məktəblər sinif sayını müəyyən edirdilər. Amma indi əlavə azyaşlı uşaqların qəbulu 1-ci sinfə olmayacağına görə sinif sayı azala bilər”.

Orta ümumtəhsil məktəblərinə ödənişli təhsil həyata keçirmək səlahiyyətinin verilməsi təkliflərinə gəlincə, ekspert bildirdi ki, burada orta məktəblərin səviyyəsi, verdiyi bilik əsas götürüləcək: “Təhsil haqqında” Qanuna görə, orta ümumtəhsil məktəblərində təhsilin 3 pilləsi var. Bu, ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsildən ibarətdir. Bundan əlavə, beynəlxalq imtahanlar var. Yəni SAT, İELTS hazırlığı və ya Avropa və Amerika ölkələri üçün orta məktəb səviyyəsi. Bu həm də 12-ci sinifdir. Bu kimi hallarda ödənişli əsaslarla təhsil veriləcək”.

Fənn olimpiadalarının qalibləri ilə bağlı reallaşacağı gözlənilən məsələyə də münasibət bildirən K.Əsədov hesab edir ki, bu gün Təhsil Nazirliyinin həyata keçirdiyi fənn olimpiadalarının səviyyəsi beynəlxalq standartlara cavab vermir: “İlk növbədə qeyd edim ki, respublika fənn olimpiadaları ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır.

2009-cu ildə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu qəbul edilib. “Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların (Müsabiqədənkənar qəbul olunmağa əsas verən beynəlxalq müsabiqə və yarışların siyahısı) qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Yəni bu təklif ölkədə 9 ildir tətbiq edilir və hər il böyük sayda insan bu hüquqdan istifadə edir.

Təhsil nazirinin nəzərinə çatdırım ki, təkcə 2017- ci ildə "Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə 54 nəfər müraciət etmişdi. Onlardan 7-si musiqi sahəsi üzrə, 47-si isə idman sahəsi üzrə idi.

Hətta onlara 2015-ci il üçün də rəsmi məlumatı çatdırım. 2015-ci ildə 62 nəfərin sənədi qəbul edilib. Həmin abituriyentlərin 60-ı idman yarışlarının, 1-i incəsənət müsabiqəsinin, 1-i isə riyaziyyat fənni üzrə dünya fənn olimpiadasinin qalibi idi.

Hə, burda bir fərq var ki, nazir təklif edir ki, yerli olimpiada qalibləri də təyin edilsin. Amma bu əlbəttə ki, düzgün deyil. Çünki Azərbaycanda Təhsil Nazirliyi tərəfindən həyata keçirilən olimpiadalar dünya standartlarına cavab vermir. Təqdim edilmiş test tapşırıqları, suallar standartlara cavab vermir. Bundan əlavə isə “Təhsil haqqında” Qanun yerli olimpiadaların nəticələri əsasında qəbulu həyata keçirmir. Yerli olimpiadaların təşkili, yoxlanması problem şəraitində həyata keçirilir. Bəzi hallarda yerli turlarda haqsızlıq olur. Hətta 2018-ci ildə keçirilən olimpiadanın suallarında ciddi qüsurlar var idi. Tərtib edilmiş test tapşırıqları şagirdlərin heç bir bacarığını yoxlamağa imkan vermir. Ali məktəblərə qəbul aparmaq üçün bu kimi vasitələrə əl atmaq lazım deyil. Ondansa qəbul imtahanlarını sadələşdirmək lazımdır.

Təhsil Nazirliyi tərəfindən keçrilən fənn olimpiadalarının heç birinin sualları beynəlxalq standartlara uyğun şəkildə tərtib olunmayıb. Burda deyir ki, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə qəbul oluna bilər. Bu, ümumiyyətlə, düzgün yanaşma deyil. Kimsə kimya üzrə qalib olsa, gedib hüquq təhsili ala bilər?

Bu həm də digər fənlərə qarşı haqsızlıqdır. Çünki orta məktəbdə tədris olunan bütün fənlər üzrə respublika olimpiadası keçirilmir. Beynəlxalq olimpiada fənləri isə daha məhduddur. Ancaq texniki fənlər üzrə beynəlxalq olimpiadalar var. Bu, humanitar fənlərə qarşı haqsızlıqdır”.

K.Əsədov vurğuladı ki, təhsil nazirinin təklif etdiyi yenilikdə təkcə hüquqları pozulan olimpiada aparılmayan fənlər deyil, eyni zamanda rus və ingilis bölməsində təhsil alan şagirdlərdir. “Bildiyiniz kimi, olimpiadalar ancaq Azərbaycan bölməsi üçün həyata keçirilir. Rus və digər bölmələrin şagirdləri isə burda iştirak edə bilmirlər.

Bəli, ali təhsili əlçatan etmək lazımdır. Amma hər bayağı, əsası olmayan təkliflə bunu etmək lazım deyil. Nazirlik ali təhsilin əlçatanlığı üçün bundan əvvəl də təklif irəli sürmüşdü. Belə ki, 2016-cı ildə keçmiş təhsil naziri Mikayıl Cabbarov da ali məktəblərdə hazırlıq qruplarının açılması ilə bağlı təklif irəli sürmüşdü. Hətta bununla bağlı ciddi hazırlıqların getdiyi də bildirilmişdi. Lakin bu da təklif olaraq ortada qaldı. Nazirliyin bu tip çoxlu sayda təklifi var ki, sonda yalnız ictimai müzakirə səviyyəsində qalıb. Hesab edirəm ki, nazirlik təhsildə əsaslandırılmış təkliflərlə çıxış etməli, ciddi struktur islahatlarına getməlidir”.

Digər tanınmış təhsil eksperti Nadir İsrafilovun bildirdiyinə görə, təklif olunan dəyişikliklərlə, irəli sürülən fikirlərlə bağlı tələskənliyə yol vermək olmaz. Ekspert bildirir ki, son zamanlar “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklərin özünü doğruldub-doğrultmayacağı məlum deyil. Onun sözlərinə görə, təklif verilərkən reallıq qiymətləndirilməli və ekspertlərin fikirləri nəzərə alınmalıdır. O qeyd etdi ki, qanuna dəyişiklik etmək olar, lakin o özünü doğrultmayanda ortaya ciddi problemlər çıxır. “Müvafiq qaydaları hazırlayıb ictimailəşdirmədən, rəyi öyrənmədən, pedaqoji və psixoloji cəhətləri əsaslandırmadan, işlək mexanizminin olub-olmamasına tam əminlik yaratmadan “Təhsil haqqında” Qanuna birdən-birə dəyişiklik etmək o qədər də ümidverici görünmür. Son zamanlar gündəmə bir sıra məsələlər gətirilib. Müəllimlərin sertifikasiyaya cəlb olunması, təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə daha erkən cəlbi, ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili də həyata keçirmək səlahiyyətlərinin verilməsi və sair bu kimi dəyişikliklərin gələcək taleyi hələlik aydın deyil. Dövlət təhsil müəssisələrində tam orta təhsilin pulsuz olduğunu bildirən maddəyə “dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər” əlavəsi, ola bilər, ali məktəblərdə olduğu kimi, orta ümumi təhsilin hər üç səviyyəsində də ödənişin rəsmiləşdirilməsinə hesablanıb.

Onsuz da valideynlərin müəyyən qismi öz övladlarının “təhsil proqramlarını tam mənimsəməsini” təmin etmək üçün əsasən repetitor və ayrı-ayrı hazırlıq kurslarının xidmətlərindən yararlanırlar”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ